“AXA Mbask” “Uğur” mükafatı ilə təltif edilib - FOTO

“AXA Mbask” “Uğur” mükafatı ilə təltif edilib - <span style="color: red;">FOTO
# 27 aprel 2015 06:48 (UTC +04:00)

Bakı - APA-Economics. Nailiyyətləri və inkişaf dinamikasını nəzərə alınaraq “AXA Mbask” sığorta şirkəti “Azərbaycanda sığorta mədəniyyətinin artırılmasına verdiyi töhfəyə görə” “Uğur” milli mükafatına layiq görülüb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Uğur” mükafatı 2 000-ci ildə ölkədə iqtisadiyyat, hüquq, özəl sahibkarlığın inkişaf etdirilməsi məsələlərini işıqlandıran aparıcı işgüzar nəşr olan “Consulting&Business” jurnalı tərəfindən təsis edilib. 1996-cı ildən dərc olunan “Consulting&Business” jurnalı, Azərbaycan iqtisadçılarının, siyasətçilərinin, menecerlərinin və işgüzar adamlarının populyar jurnalı olub. Mükafat öz sektorunun flaqmanı olan, özünün fəaliyyət göstərdiyi sahədə əhəmiyyətli nailiyyətlər əldə etmiş və Azərbaycanın inkişafına nəzərə çarpan dərəcədə pay vermiş təşkilatlara, şirkətlərə, görkəmli şəxsiyyətlərə verilir.

Təqdimat mərasimində mükafatı qəbul edən “AXA Mbask” İdarə Heyəti sədrinin birinci müavini Selçuk Adıgüzel bu etimada görə təşəkkürünü bildirib.

O, öz çıxışında şirkətin son vaxtda əldə etdiyi nailiyyətlərdən danışaraq, daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətləri göstərilməsi istiqamətində çalışdığını xüsusi vurğulayıb.

Qlobal Sığorta Qrupunun üzvü olan “AXA Mbask” sığorta şirkəti 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarını tətbiq etməyə başlayıb. Belə ki, satışın sığorta agentləri vasitəsilə inkişafı planı həyata keçirilərək, qısa müddət ərzində bütün Azərbaycan ərazisində 80-ə yaxın fiziki və hüquqi şəxslərlə, həmçinin maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş sığorta polislərinin satış məntəqəsi açılıb.

Qeyd edək ki, bu, şirkətin bazara çıxdığı gündən etibarən aldığı səkkizincı mükafatdır. Belə ki, adı çəkilən mükafatdan əlavə, “AXA Mbask” “Sığorta sahəsinin lideri" nominasiyasında “Azeri Business Award-2014” milli mükafatı, “Caspian Energy Integration Award-2014” “Keyfiyyətli xidmətə görə ilin şirkəti” və “Caspian Energy Integration Award-2013” və 2011 “İlin Sığorta Şirkəti” nominasiyada beynalxalq mükafatları alıb.

Həmçinin, şirkət “İlin Sığorta Şirkəti” nominasiyasında “Azeri Business Award” Milli mükafatına (2013), “Azərbaycan bazarında beynəlxalq sığorta təcrübəsinin tətbiqinə töhfə” (2010) və “İlin Sığorta Şirkəti” (2012) nominasiyalarda “Uğur” milli mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR