Daha bir Azərbaycan bankı xaricdən irihəcmli kredit cəlb edib

Daha bir Azərbaycan bankı xaricdən irihəcmli kredit cəlb edib
# 22 aprel 2013 14:24 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC «Baltikums Bank AS», «Commerzbank Aktiengesellschaft», «FBME Bank Ltd.» və «Raiffeisen Bank International AG» beynəlxalq maliyyə institutlarından ümumi həcmi 30,250 mln. ABŞ dolları təşkil edən kredit cəlb edib.

«Paşa Bank»dan «APA-Economics»ə verilən məlumata görə, 1 il müddətinə verilmiş bu kredit Azərbaycanda ticarətin və ümumi investisiya layihələrinin maliyyələşdirilməsi üçün istifadə olunacaq.

Qeyd edək ki, «Paşa Bank» Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin sair istiqamətlərində geniş təmsil olunan «PAŞA» Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan «Kapital Bank» da bu Şirkətlər Qrupuna daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR