Serbiya prezidenti Milli Məclisdə olub

Serbiya prezidenti Milli Məclisdə olub
# 08 fevral 2013 15:19 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda səfərdə olan Serbiya prezidenti Tomislav Nikoliç Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycanın müstəqillik illərində böyük nailiyyətlər əldə etdiyini söyləyən O. Əsədov, Dağlıq Qarabağ probleminə diqqət çəkib. O, Ermənistanın işğalçılıq siyasəti barədə qonağa ətraflı məlumat verərək problemin ədalətli həlli ilə bağlı Azərbaycan tərəfinin mövqeyini çatdırıb.

T. Nikoliç Bakıda keçirdiyi görüşlərin gələcək əməkdaşlığa mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Uzun müddət Serbiya parlamentinin deputatı olduğunu söyləyən qonaq, dövlətlərarası münasibətlərdə qanunverici orqanların rolunu xüsusi qeyd edib.

Serbiya Prezidenti daha sonra parlamentin iclas zalı ilə tanış olub, millət vəkillərinin normal fəaliyyəti üçün yaradılmış şərait, burada müasir texnologiyaların tətbiqi və qanun yaradıcılığı prosesi ilə maraqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR