ABŞ-ın mühafizəsi altında onlarla ticarət gəmisi Hörmüz boğazından keçir.
APA xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirib.
Onun sözlərinə görə, ABŞ təyyarələri, hərbi gəmiləri və dəniz dronlarından ibarət eskadrilya Hörmüz boğazında “müdafiə zolağı” yaradaraq patrul xidməti həyata keçirir.
Bred Kuper qeyd edib ki, bu həftə regiondakı Amerika qüvvələrinə baş çəkib. O, Yaxın Şərq boyunca əməliyyatlara dəstək verən 50 mindən çox ABŞ hərbçisi ilə görüşdüyünü bildirib.