Paşha Bank
Bank Of Baku

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasına çağırıb

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasına çağırıb
# 27 noyabr 2026 22:57 (UTC +04:00)

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasının, mübahisələrin dialoq və diplomatiya yolu ilə dinc həllinin tərəfdarı olduqlarını bəyan ediblər.

APA xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar Məkkə Alyansının Strateji Siyasi və Müdafiə Komitəsinin ikinci iclasının yekunlarına dair brifinqdə bildirib.

Onun sözlərinə görə, tərəflər regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə birgə fəaliyyət göstərmək əzmində olduqlarını təsdiqləyiblər. Həmçinin regional gərginliyin azaldılması və mübahisələrin dialoq və diplomatiya yolu ilə həlli istiqamətində səyləri dəstəkləmək üçün məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Dar qeyd edib ki, iclasda komitənin əvvəlki toplantılarında qəbul edilmiş qərarların icrası da müzakirə olunub. İştirakçılar Səudiyyə Ərəbistanında alyansın katibliyinin yaradılması istiqamətində görülən işlərin gedişindən məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, Məkkə sazişi avqustun 7-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb. Sazişə əsasən, üç ölkədən birinə hücum bütün iştirakçılara qarşı təcavüz kimi qiymətləndiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR