Litvanın sabiq prezidenti Vitautas Landsbergis Azərbaycana gələcək - FOTO

Litvanın sabiq prezidenti Vitautas Landsbergis Azərbaycana gələcək - <span style="color: red;">FOTO
# 22 aprel 2013 14:07 (UTC +04:00)

Bakı - APA. Müstəqil Litvanın ilk dövlət başçısı (1990-1992), Litva Seyminin sədri (1996-2000), Avropa Parlamentinin üzvü və Avropa Parlamentinin Cənubi Qafqaz dövlətləri ilə əlaqələr üzrə nümayəndə heyəti sədrinin müavini Vitautas Landsbergis mayın 6-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunun işində iştirak etmək üçün Azərbaycana səfərə gələcək.

Diasporla iş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, V.Landsbergis Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil edilən forumda Cənubi Qafqaz bölgəsində geopolitik durum, həlli uzadılmış münaqişələr, Avropa İttifaqı-Cənubi Qafqaz əməkdaşlığı və “Şərq Tərəfdaşlığı” Proqramının açdığı yeni imkanlar mövzusunda məruzə edəcək.

Cənubi Qafqaz Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfində təşkil olunur. Forumun əsas tərəfdaşları isə Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, “Foundation for Peace”, Gəncə şəhər İcra Hakimiyyəti və Qlobal Liderlər Şurasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR