AMİP rəhbərliyi: Yusif Bağırzadənin istefası gözlənilməz oldu

AMİP rəhbərliyi: Yusif Bağırzadənin istefası gözlənilməz oldu
# 07 oktyabr 2015 09:22 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə partiya sədri Yusif Bağırzadənin istefasına münasibət bildirərkən deyib. O, Y. Bağırzadə ilə əlaqə yaratmağa çalışdıqlarını qeyd edib: “Yusif Bağırzadənin istefası onun şəxsi qərarıdır. Biz bu barədə məlumatı ilkin mənbə olaraq sizin agentlik vasitəsilə əldə etmişik. Yusif bəyin özü ilə əlaqə yaradandan sonra açıqlama ilə çıxış edə bilərik. Bizim üçün bu istefa gözlənilməz oldu”.


Qeyd edək ki, Y. Bağırzadə APA-ya açıqlamasında partiya sədrliyindən və üzvlüyündən istefa verdiyini deyib. O, bunun səbəbini səhhətində yaranan problemlərlə əlaqələndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR