Prezident İlham Əliyev Qazaxıstan səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Qazaxıstan səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 15 fevral 2013 12:37 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetovu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olunub.

İkitərəfli münasibətlərimizin möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirən dövlətimizin başçısı gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR