Azərbaycan ABŞ-ın Arizona ştatı ilə iqtisadi əlaqələr qurmaq niyyətindədir

Azərbaycan ABŞ-ın Arizona ştatı ilə iqtisadi əlaqələr qurmaq niyyətindədir
# 19 aprel 2013 08:19 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın Los-Anceles (ABŞ) şəhərindəki baş konsulu Nəsimi Ağayev Arizona ştatına səfər edib.

APA-nın ABŞ mətbuatına istinadən xəbərinə görə, baş konsul Arizona ştatının Senatında olub, Senatın sədri Endi Biqqs, senator Lindoy Lopes, Nümayəndələr Palatasının üzvü Con Kavana ilə görüşüb.

Görüşlərdə Azərbaycanla Arizona ştatı arasında ticarət əməkdaşlığının qurulması məsələləri müzakirə olunub.

Arizona ştatı Senatının sözçüsü Endi Tobin qeyib ki, iqtisadi münasibətlərin qurulması hər iki tərəf üçün faydalı olardı: “Azərbaycan və Arizona ştatı arasında iqtisadi əlaqələrin qurulması biznesin yeni bazarlar əldə etmək və onlarda rəqabət aparmaq imkanlarından asılıdır. Bu görüş iqtisadi əlaqələrin möhkəmləndirilməsi yolunda ilk addımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR