Tiflisdə KOLXİDA-2015 beynəlxalq Forumu keçirilir - FOTO

Tiflisdə KOLXİDA-2015 beynəlxalq Forumu keçirilir - <span style="color: red;">FOTO
# 04 iyul 2015 18:28 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, üçgünlük tədbiri Moskvadakı inyeksiya texnologiyaları məktəbinin rəhbəri, professor Yana Yutsovskaya açaraq Forumun məqsəd və vəzifələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Forumda Rusiya, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Ermənistan və bir çox beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Tədbirdə Azərbaycanı geniş nümayəndə heyəti təmsil edir. Tədbir bütünlüklə estetik təbabətin problemlərinə, həmçinin elmi-maarifləndirməyə həsr olunub.

Tədbirin təşkilatçılarından biri, Azərbaycanın "Gözəlliyin elmi əsasları" adlı təşkilatın həkim-dermatoloqu Sevinc Abdullayeva jurnalistlərə açıqlamasında tədbirin təbabətin müxtəlif problemlərinə və yeniliklərinə həsr olunduğunu və məruzə ilə çıxış etdiyini bildirib: "Tədbirdə Azərbaycanın estetik təbabət sahəsində əldə etdiyi uğurlardan söhbət açdım. Qeyd edim ki, bu tədbirdən sonra biz daha bir böyük bir tədbirə hazırlaşırıq. Bu il noyabrın 17-18-də Azərbaycanda da estetik təbabətin yeniliklərinə həsr olunan beynəlxalq konqres keçiriləcək və bu tədbirdə tanınmış səhiyyə işçiləri elmi məruzələrlə çıxış edəcəklər."

Moskvadakı professor Y. Yutsovskaya adına məktəbin direktoru Qalina Naumçik APA-ya açıqlamasında estetik təbabətə həsr olunan tədbirdə iştirak edən dermatologiya üzrə həkimlərin Forum çərçivəsində təcrübə mübadiləsi apardıqlarını vurğulayıb: "Bu Forum müxtəlif ölkələrin estetik təbabət sahəsində əməkdaşlığını daha da inkişaf etdirir. Biz çox sevinirik ki, bu gün baş tutan tədbirdə Azərbaycanın nümayəndələri də iştirak edir. Biz may ayında belə bir tədbiri Bakıda da keçirdik. Bu ilin noyabrında isə Bakıda Xəzər platformasında keçiriləcək konqresdə biz Rusiyada estetika məktəbinin əsasını qoyan professor Yana Yutsovskayanın təcrübəsindən, estetika sahəsində onun hansı metodlardan istifadə etdiyi barədə müxtəlif bilgilərlə və estetik təbabətin müxtəlif yenilikləri ilə tanış olacağıq."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR