Azərbaycanda qızıl istehsalı bir ildə 24% artıb

Azərbaycanda qızıl istehsalı bir ildə 24% artıb
# 18 noyabr 2015 07:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 890,7 kq qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin on ayı ilə müqayisədə 24,0% çoxdur. Nəticədə bu ilin noyabr ayının 1-nə 80,2 kq hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə 92,1 kq gümüş istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,0% azdır. Nəticədə bu ilin noyabrın 1-nə 8,0 kq hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR