Göygöldə baş vermiş ağır qəzada 3 nəfər yaralanıb - VİDEO

Göygöldə baş vermiş  ağır qəzada 3 nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 29 avqust 2014 23:25 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə avqustun 29-da saat 22 radələrində baş verib. Göygöl rayon sakini, 23 yaşlı Anar Xudaverdiyevin idarə etdiyi “Mersedes” markalı avtomobillə, rayonun Üçtəpə kənd sakini, 22 yaşlı Nafiq Əsgərovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub. Qəza zamanı “Mersedes”in sürücüsü A. Xudaverdiyev və onun sərnişini, 24 yaşlı Nicaq Xudaverdiyev həmçinin “VAZ 2106” nın sürücüsü N. Əsgərov müxtəlif bədən xəsartələri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR