Xaçmazda 3 nəfər bıçaqlanıb

Xaçmazda 3 nəfər bıçaqlanıb
# 18 noyabr 2015 07:34 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nabran qəsəbəsində qeydə alınıb.

Xəsarət alan Nabran qəsəbə sakinləri - 27 yaşlı Famil İsayev, 39 yaşlı Samir Səmədov və 38 yaşlı Robert Məmmədəliyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Famil İsayev və Samir Səmədova qarının ön divarının kəsilmiş-deşilmiş yarası, Robert Məmmədəliyevə isə sağ saidin kəsilmiş yarası diaqnozu qoyulub. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi məlum deyil.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR