Rusiyanın BMT-dəki daimi nümayəndəsi: “Təzyiqlərə baxmayaraq BMT baş katibi Moskvaya səfər edəcək”

 Rusiyanın BMT-dəki daimi nümayəndəsi: “Təzyiqlərə baxmayaraq BMT baş katibi Moskvaya səfər edəcək”
# 05 may 2015 09:01 (UTC +04:00)

Bakı – APA. “BMT baş katibi Pan Gi Mun bütün təzyiqlərə baxmayaraq, mayın 9-da Moskvaya səfər edəcək”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin deyib.

“BMT baş katibinin qərarı doğrudur və prinsipialdır. Bilirəm ki, ona böyük təzyiq göstərilirdi”, - deyə o vurğulayıb.

Qeyd edək ki, BMT baş katibinin Moskvaya səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR