“Azərpoçt”un maliyyə xidmətlərindən əldə edilən gəlirləri 33% artıb

“Azərpoçt”un maliyyə xidmətlərindən əldə edilən gəlirləri 33% artıb
# 01 avqust 2014 11:27 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin I yarısında “Azərpoçt” MMC-nin maliyyə xidmətlərindən əldə edilən gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 33% artıb. Həmin xidmətlərdən gəlirlərin artmasına təsir göstərən səbəblərdən biri “Azərpoçt” MMC-nin tabeçiliyində olan Regional Poçt Filialları (RPF) və Poçt Filialları (PF) bir sıra lisenziyası olan şöbələrdə “Beynəlxalq pulköçürmələri sistemləri (Contact”, “Caspian Money Transfer”, əsasən “Zolotaya Korona” ) üzərindən əməliyyatların həcminin artmasıdır.

APA-Economics”in xəbərinə görə, bu barədə cəmiyyətin məlumatında deyilir.

Məlumata görə, 2014-cü ilin I yarımilliyi ərzində “AKİS”də respublika üzrə 800 031 ədəd pulköçürməsi qəbul edilib, 751 850 ədəd pulköçürməsi isə ödənilib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə qəbul edilmiş pulköçürmələrinin sayı 4% artıb. O cümlədən, beynəlxalq pulköçürmələri sistemi üzrə “Zolotaya Korona” sistemində 2014-cü ilin I rübü ilə müqayisədə say 49 576 ədəd, dövriyyə 21 mln. 335 min 148 manat artaraq bu ilin 6 ayı ərzində say 91 268 ədəd, dövriyyə 34 mln. 867 min 003 manat təşkil edib.

Hesabat dövrü ərzində “Zolotaya Korona” beynəlxalq pulköçürmələri sistemi ilə qəbul və ödənişin dövriyyəsi xarici valyutalarda 1 mlrd. 27 mln. 804 min 60 rubl, 32 mln. 37 min 468 dollar və 239 min 903 avro təşkil edib. Ümumilikdə valyuta mübadiləsi ilə birlikdə 805 min manatdan artıq gəlir əldə edilib.

Beynəlxalq pulköçürmələri üzrə “Western Union” sistemində 2014-cü ilin I yarımilliyi ərzində dövriyyə 1 mln. 152 min 65 manat, əldə edilmiş komissiya gəliri 18 min 317 manat olub.

2013-cü ilin müvafiq dövrü ilə müqayisədə dövriyyə 5,1% artıb. “Contact” sistemi üzrə 2014-cü ilın I yarımilliyi ərzində köçürmə əməliyyatlarının dövriyyəsi 836 062 manat, bu dövriyyədən əldə olunan gəlir isə 4 410 manat olub. Qeyd edək ki, “Azərpoçt” MMC ilə “Muğanbank” ASC arasında müqavilə bağlanıb. Müqavilənin şərtlərinə əsasən, “Muğanbank” ASC-dən kredit almış müştərilərdən 1% rüsum alınmaqla istənilən poçt şöbəsindən müvafiq qaydalara uyğun olaraq pulköçürməsi şəklində qəbul edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR