Bakı Ali Neft Məktəbində “Tələbə Həftəsi” çərçivəsində görüş keçirilib - FOTOSESSİYA

Bakı Ali Neft Məktəbində “Tələbə Həftəsi” çərçivəsində görüş keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 17 noyabr 2015 08:07 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Tələbələr Birliyinin 10-17 noyabr 2015-ci il tarixlərində elan etdiyi “Tələbə Həftəsi” çərçivəsində daha bir tədbir Bakı Ali Neft Məktəbində (BANM) təşkil edilib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, tədbirdə Ali Məktəbin ümumi işlər üzrə prorektoru Rəşad Həsənov, Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov, Gənclər və İdman Nazirliyinin yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev iştirak edib.

Tədbiri giriş sözü ilə açan R. Həsənov ölkəmizdə dövlətimiz tərəfindən gənclərə böyük diqqət göstərildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin gənclər siyasətinə önəm verdiyini və onların inkişafı üçün mühüm işlərin görüldüyünü bildirib. Ali Məktəbin fəaliyyətindən, tələbələrin sosial aktivliyindən söz açıb, bu cür tədbirlərin tələbələrin ictimai həyata inteqrasiyasında çox böyük rol oynadığını qeyd edib. R. Həsənov deyib ki, son illərdə sürətlə inkişaf edən ölkəmizin həyatında artıq Bakı Ali Neft Məktəbi də öz yerini tuta bilib. Ali Məktəbdə tələbələrə yaradılan şəraiti də qeyd edən Rəşad Həsənov bildirib ki, burada ali təhsilin keyfiyyətli təşkili əsasında tələbələrə hər cür imkanlar yaradılıb.

E. Aslanov bildirib ki, Bakı Ali Neft Məktəbi artıq ölkəmizdə nümunəvi ali təhsil müəssisəsinə çevrilməklə yanaşı müəyyən məsələlərdə innovativ yanaşmaları ilə ölkəmizin təhsil sistemində yeni yol açıb. O, Azərbaycan Tələbələr Birliyinin fəaliyyəti və “Tələbə Həftəsi” barədə geniş məlumat verərək bu tədbirin 17 noyabr “Beynəlxalq Tələbə günü” ilə əlaqədar olaraq keçirildiyini vurğulayıb: “Siz burada yüksək mühəndislik təhsili alırsınız, gələcəkdə ölkəmizdə və ölkəmizdən kənarda ən məşhur neft-qaz şirkətlərində çalışacaqsınız. Məhz o cür beynəlxalq şirkətlərdə çalışan zaman öz xarici həmkarlarınıza ölkəmizi yaxşı mənada tanıtmalısınız. Məhz buna görə də artıq indidən öz təhsilinizlə yanaşı, ölkəmizin ictimai-siyasi həyatı, cənab Prezidentin yürütdüyü siyasət və onun nəticələri, ölkəmizin reallıqları, Qarabağ problemi kimi məsələlərlə yaxından tanış olmalı, bu sahədə müxtəlif məlumatlara yiyələnməlisiniz. Buna görə də Sizləri fəal olmağa, müxtəlif tədbirlərdə aktiv iştirak etməyə çağırıram”.

N. Mehdiyev isə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin mahiyyətindən danışıb, bu sahədə tələbələrə göstərilən diqqətin önəmini vurğulayıb. O, koordinatoru olduğu "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin fəaliyyətindən danışıb, tələbələri Mərkəzin həyata keçirdiyi layihələrdə aktiv iştirak etməyə və Mərkəzin hazırladığı müxtəlif məhsulların dünya ictimaiyyətinə çatdırılmasında köməklik göstərməyə çağırıb.

Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı Azərbaycanda dövlət tərəfindən aparılan gənclər siyasətindən, habelə gənclər siyasətinin uğurlu nümunələrindən biri kimi Bakı Ali Neft Məktəbinin yaradılmasından söz açaraq, Ali Məktəbdə tələbələr üçün yaradılan şərait, gənclərin müxtəlif layihələrdə iştirakı, Bakı Ali Neft Məktəbinin tələbələrinin müxtəlif tələbə təşkilatlarında və tələbə klublarındakı fəaliyyətindən bəhs edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR