İmişlidə baş verən yol qəzasında 6 nəfər xəsarət alıb

İmişlidə baş verən yol qəzasında 6 nəfər xəsarət alıb
# 01 aprel 2013 19:38 (UTC +04:00)

İmişli. Əlibәy Zeynallı-APA. İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA-nın Mil-Muğan bürosuna İmişli rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə bu gün saat 14.00 radələrində İmişli-Saatlı avtomobil yolunun Cavadxanlı kəndi ərazisində qeydə alınıb. İmişli istiqamətində hərəkətdə olan 1985-ci il təvəllüdlü İntiqam Nuriyevə məxsus «VAZ 2107» markalı avtomobillə qarşı istiqamətdən gələn 1990-cı il təvəllüdlü Mahir Nurullayevin idarə etdiyi QAZ 2410 markalı minik maşını toqquşub. Qəza nəticəsində hər iki sürücü və avtomobillərdə olan sərnişinlər 1966-cı il Adil Quliyev, 14 yaşlı Mirzəxan Yusifzadə, 15 yaşlı Rauf Kazımov və 1975-ci il təvəllüdlü Behbud Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR