Bakıda yol-hərəkət qaydalarını pozan 7360 sürücü haqqında protokol tərtib edilib

Bakıda yol-hərəkət qaydalarını pozan 7360 sürücü haqqında protokol tərtib edilib
# 08 aprel 2013 09:50 (UTC +04:00)

Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi V. Əsədov bildirib. V. Əsədov deyib ki, aylıq çərçivəsində keçirilən reydlər zamanı Rusiya istehsalı olan “VAZ” və “NİVA” markalı avtomobillərinin konstruksiyalarına dəyişiklik edərək avtomobilin arxa yaylarının kəsilməsi və qabaq yaylarına əlavə elementlər birləşdirərək qaldıran 72 sürücü, çox avazlı səs siqnallarından istifadə edən 34, sükan arxasında mobil telefondan istifadə edən 53, avtobus sürücüləri arasında yol hərəkət qaydasını pozan 76, qoşa xəttin tələbini pozan 84, yol ayrıcını keçmə qaydasını pozan 103 sürücü , pərdə və plyonkadan istifadə edən 68 sürücü, 2 avtoxuliqan, barəsində inzibati protokol yazılıb.

V. Əsədov sürücülərə müraciətində keçirilən təhlükəsizlik ayı ərzində nəqliyyat vasitələrinin sürücülərinə gündüz vaxtı yaxın işıq faralarından istifadə etmələrini tövsiyə edib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi aprelin 1-dən Azərbaycanda “Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq!” devizi altında təhlükəsizlik aylığı keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR