Nazirlik yaz-yay mövsümündə 920 nəfərə yaxın əlili istirahət mərkəzlərinə göndərib

Nazirlik yaz-yay mövsümündə 920 nəfərə yaxın əlili istirahət mərkəzlərinə göndərib
# 17 avqust 2015 08:06 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 45 nəfər əlilliyi olan şəxs xüsusi nəqliyyat vasitəsi ilə Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ƏƏSMN cari ilin yaz-yay mövsümündə artıq 919 nəfər əlilliyi olan şəxsin Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərində istirahətini təşkil edib.

Əlilliyi olan şəxslər respublikamızın səfalı guşələrində istirahət etdikləri müddətdə müalicəvi bədən tərbiyəsinə, səmərəli fizioterapevtik müalicə prosedurlarına da cəlb edilirlər. Həmçinin onlar üçün görməli yerlərə, tarixi abidələrin olduğu məkanlara gəzinti turları, musiqili-əyləncəli tədbirlər və s. təşkil olunur. Nazirliyin “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası proqramı”na uyğun olaraq, cari ilin yaz və yay aylarında 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR