Bakı Dövlət Universitetində Məzun günü keçirilib - FOTO

Bakı Dövlət Universitetində  Məzun günü keçirilib - <span style="color: red;">FOTO
# 01 iyul 2015 10:19 (UTC +04:00)

Bakı-APA. Bakı Dövlət Universitetində (BDU) Məzun günü keçirilib.

BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov bu əlamətdar gün münasibətilə məzunları, onların valideynlərini təbrik edib, xoş arzularını bildirib.

Bu il universiteti 4000-dək məzunun bitirdiyini, onlardan təxminən 400 nəfərinin fərqlənmə diplomuna layiq görüldüyünü bildirən rektor hər il olduğu kimi bu il də magistratura imtahanlarında BDU məzunlarının respublikada ən yüksək göstəricilərə malik olduğunu qeyd edib, Bakı Dövlət Universitetinin dünyanın 20 min top universiteti arasında birinci 700-lükdə qərarlaşdığını diqqətə çatdırıb.

Rektor ölkəmizin tarixində mühüm hadisə olan Bakı-2015 Avropa oyunlarına da toxunub, mövqeyi və qətiyyəti sayəsində Avropa Oyunları ideyasını reallığa çevirən ölkə başçısı İlham Əliyevə və Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlığını bildirib. Avropanın 50 ölkəsi arasında idmançılarımızın medalların sayına görə 2-ci yeri tutduğunu, 21-i qızıl olmaqla 56 medal qazandığımızı diqqətə çatdırıb, oyunlarda fəallıq göstərən 3000 Bakı Dövlət Universiteti könüllüsünə bir daha təşəkkürünü çatdırıb.

Universitetin 17 fakültəsinin hər birindən fərqlənmə diplomuna layiq görülmüş iki məzuna diplomlar təqdim edildikdən sonra rektorun onların valideynlərinə ünvanlandığı təşəkkür məktubu, eyni zamanda tələbə andı oxunub.

Rektor və tələbələr üzərinə «Məzun-2015» yazılmış şarı havaya buraxıblar. Bununla da rəsmi hissə bağlı elan olunub.
Tədbir konsert proqramı ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR