Xəstəxanalarının ərzaq və dərman vasitələri ilə təmin edilməsi vəziyyəti təhlil olunub

Xəstəxanalarının ərzaq və dərman vasitələri ilə təmin edilməsi vəziyyəti təhlil olunub
# 29 iyun 2016 16:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatası rayon (şəhər) xəstəxanalarında mövcud çarpayılardan istifadənin səmərəliliyinin, çarpayı günlərinin icrasının, ərzaq məhsullarının, dərman və sarğı ləvazimatlarının alınması üçün vəsaitin proqnozlaşdırılması və icrasının, rayon (şəhər) səhiyyə müəssisələrinin struktur vahidlərinin ərzaq və dərman vasitələri ilə təmin edilməsi vəziyyətinə və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin vəsaitlərinin formalaşması və istifadəsinə dair təhlillər aparıb.

APA-nın məlumatına görə, Hesablama Palatasının Kollegiya iclasında təhlillərin nəticələri müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib və həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR