İsmayıl Alper Coşqun: “Türkiyə hökuməti terrora son verməyə çalışır”

İsmayıl Alper Coşqun: “Türkiyə hökuməti terrora son verməyə çalışır”
# 27 aprel 2013 11:58 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun APA-ya açıqlamasında deyib ki, insanların canını alan terrorla mübarizə hər zaman Türkiyəni narahat edən ciddi bir problemdir. Onun sözlərinə görə, Türkiyə hökuməti çox ciddi iradə nümayiş etdirir və terrora son verməyə çalışır: “İndi isə Türkiyə terrorun qarşısını tam şəkildə almaq üçün çox önəmli dövrdən keçir. Bu həssas bir mərhələdir və bu zaman müəyyən hadisələr olur. Bizim istəyimiz belə hallarının heç olmamasıdır. Ən əsası isə mübarizəni davam etdirməkdir. Türkiyədə hökumətin iradəsi və xalqın dəstəyilə terrorun sonuna çıxacağıq. Türk xalqının, bölgəmizin, Azərbaycanın parlaq və uğurlu bir gələcəyi var. Biz də bu inkişafın qarşısını ala bilən terror problemini tam olaraq aradan qaldırmaq istəyirik. Bu sahədə də gördüyümüz işlərin uğurlu olacağına inanırıq”.

Qeyd edək ki, Türkiyənin Anadolu Universitetində tələbələr arasında kütləvi dava hadisəsi baş verib. Milli zəmində baş verən hadisə zamanı PKK tərəfdarları tələbələrə hücum edib. Onlar Türk dövlətlərindən olan tələbələri döyüb, onlara ciddi xəsarətlər yetiriblər. Xəsarət alanlardan 13 nəfər xəstəxanaya yerləşdirilib, onların arasında Musa Əliyev adlı azərbaycanlı da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR