Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş konfrans keçiriləcək

Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş konfrans keçiriləcək
# 01 aprel 2013 09:36 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Aprelin 5-də Vaşinqtonda “BMT və Ermənistan-Azərbaycan münaqişəsi: Əsaslara doğru geri” adlı konfrans keçiriləcək. APA-nın məlumatına görə, Ceymstaun Fondunun təşkil etdiyi tədbir BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk qətnamə qəbul etməsinin 20-ci ildönümünə həsr olunub.

Konfransda Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Tofiq Musayev BMT Təhlükəsizlik Şurasının qətnamələrinin beynəlxalq-hüquqi aktuallığı və əhəmiyyəti barədə çıxış edəcək. Bundan başqa konfransda Heritage Fondunun baş elmiş işçisi Ariel Koen, Mərkəzi Asiya və Qafqaz İnstitutunun sədri Frederik Starr çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsir göstərən beynəlxalq amillər barədə danışacaqlar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR