Ali məktəblərdə təhsil almaq üçün 30 minə yaxın abituriyent sənəd verib

Ali məktəblərdə təhsil almaq üçün 30 minə yaxın abituriyent sənəd verib
# 13 aprel 2015 08:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanın ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə ərizə qəbulu davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, indiyədək ali məktəblərə sənəd verən 28893 yaxın abituriyent ərizəsini təsdiq etdirib. Onlardan 25323-ü Azərbaycan, 3570-i Rus bölməsinin məzunlarıdır.

Ərizə verən 28893 abituriyentin 11061-i I, 7953-ü II, 7467-si III, 2412-si isə IV ixtisas qrupunda təhsil almağı seçib.

Qeyd edək ki, aprelin 1-dən başlayan ərizələrin qəbulu aprelin 30-dək davam edəcək. V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu may ayının 5-dən 18-dək aparılacaq. I, II, III və IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər həm də V ixtisas qrupuna və ya tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə təqdim edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR