Rəsul Cəfərovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib

Rəsul Cəfərovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib
# 06 may 2015 09:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, apellyasiya şikayəti bu gün məhkəməyə təqdim olunub.

Qeyd edək ki, İnsan Haqları Klubunun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs olunub. R. Cəfərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə təqsirləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR