Meksikada onlarla tələbəni qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Meksikada onlarla tələbəni qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
# 11 oktyabr 2014 00:53 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Salomon Pineda Vilya Kuernavaka şəhərində yaxalanıb.

Vilya sentyabrın sonlarında İquala şəhərində tələbələrin oğurlanması və qətlə yetirilməsində şübhəli bilinir. Məlum olduğu kimi, 43 tələbənin itkin düşməsinin araşdıran Meksika hökuməti daha 4 kütləvi məzarlığın aşkar edildiyini bildirib.

Xatırladaq ki, İqualada baş vermiş iğtişaşlardan sonra 43 tələbə itkin düşüb. Bundan sonra şəhərin kənarında 28 yandırılmış cəsədin olduğu kütləvi məzarlıq aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR