Sakarya Universitetində Xocalı toplantısı keçirilib - FOTO

Sakarya Universitetində Xocalı toplantısı keçirilib - <span style="color: red;">FOTO
# 25 fevral 2013 14:54 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkiyənin Sakarya Universitetində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş toplantı keçirilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, universitetin Tələbə Şurasının təşkil etdiyi toplantıda çıxış edən Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun konsulu Ceyhun Məmmədov bildirib ki, Xocalı soyqırımını törədənlərin basında dayanan Serj Sarkisyan ikinci dəfə Ermənistan prezidenti seçilib və biz ATƏT-in Minsk Qrupu çərçivəsində bu adamla müzakirə aparmaq məcburiyyətində qalırıq.

Konsul Avropada müsəlman bosniyalılara qarşı həyata keçirilmiş soyqırıma siyasi qiymət verildiyini və Srebrenitsa soyqırımını törədənlərin beynəlxalq Haaqa məhkəməsi tərəfindən cəzalandırıldığını xatırladıb: “Şübhə etmirik ki, yaxın gələcəkdə Xocalı soyqırımını törədənlər də beynəlxalq məhkəmələrin qarşısına çıxarılacaqlar. Xocalı şəhidlərinin ruhu biz Azərbaycan bayrağını Xankəndində dalğalandıranda şad olacaq”.

Toplantıda çıxış edən tədqiqatçılar Kərim Əsgəri və Saday Əlisoy ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri soyqırımlardan danışıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR