Rafael Cəbrayılov şəhid ailələri ilə görüşüb - FOTO

Rafael Cəbrayılov şəhid ailələri ilə görüşüb - <span style="color: red;">FOTO
# 27 oktyabr 2015 09:51 (UTC +04:00)

Bakı - APA. Şəhid ailələri Milli Məclisə keçirilən seçkilərdə deputatlığa namizəd Rafael Cəbrayılova dəstək olublar.

Namizədin Seçki Qərargahından APA-ya verilən məlumata görə, 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd R. Cəbrayılov növbəti görüşünü şəhid ailələri ilə keçirib.

R. Cəbrayılov öncə Şirvan şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib. Sonra şəhid ailələri ilə görüşən namizəd çıxışına şəhidlərə rəhmət və dualar etməklə başlayıb. Seçkilərdə fəal olmağa və layiqli namizədə səs verməyə dəvət edən R. Cəbrayılov şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanıb.

Şəhid ailələrinin üzvləri çıxış edərək dövlətin onlara göstərdiyi diqqət və qayğıdan bəhs ediblər, habelə müəyyən məsələlərlə bağlı bəzi təkliflər veriblər. Şəhid ailələri R. Cəbrayılova dəstək olduqlarını və bütün şəhid ailələrinin 1 noyabr tarixində ona səs verəcəklərini bildiriblər. R. Cəbrayılov verilən təklifləri diqqətdə saxladığını, etimad qazanıb deputat seçildikdən sonra səlahiyyətləri çərçivəsində həmin məsələlərin həlli istiqamətində köməklik göstərəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR