Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub

Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub
# 01 may 2013 06:57 (UTC +04:00)

Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tərtər rayonunun işğal olunmuş Göyarx, Ağdam rayonunun Yusifcanlı, Kəngərli, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR