Qubada avtomobil velosipedlə toqquşub, ölən var

Qubada avtomobil velosipedlə toqquşub, ölən var
# 10 aprel 2013 09:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Quba rayonunda avtomobil velosipedlə toqquşub. Quba Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Quba-Bakı yolunun 345-ci kilometrliyində, Vəlvələ kəndinin ərazisində qeydə alınıb. Quba rayon sakini Kamal Həsənovun idarə etdiyi avtomobillə velosiped sürən kənd sakini, 1952-ci il təvəllüdlü Əhməd Tahirovu vurub. Ə. Tahirov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR