Qazaxıstanda polisə silahlı hücum olub, 3 nəfər ölüb

Qazaxıstanda polisə silahlı hücum olub, 3 nəfər ölüb
# 18 iyul 2016 09:17 (UTC +04:00)

Bakı –APA. Bu gün səhər Qazaxıstanın Almatı şəhərində atışma baş verib.

APA-nın “İnterfaks-Kazaxstan” agentliyinə istinadən verdiyi məlumata görə, naməlum şəxslər Almatı Daxili İşlər Şöbəsini atəşə tutublar. “Reuters”in xəbərinə əsasən 2 polis öldürülüb.

Şahidlər isə biri mülki şəxs olmaqla, 3 nəfərin öldüyünü deyiblər. Almatıda antiterror əməliyyatı elan olunub, şəhər sakinlərinə küçəyə çıxmamaq tövsiyə edilib.

Qazaxıstan Milli Təhlükəsizlik Nazirliyindən bildiriblər ki, naməlum şəxslər Almatıda rayon Daxili İşlər Şöbəsinin və MTN Departamentinin binalarına hücum edib.

Silahlı şəxsin və ya şəxslərin şəhərdə dolaşaraq atəş aşmağa davam etdiyi bildirilir. Onun qeyri-ənənəvi dini cərəyanın nümayəndəsi olduğu güman olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR