«Unibank» müştəriləri üçün «ALBALI» kartları üzrə yeni aksiya keçirir

«Unibank» müştəriləri üçün «ALBALI» kartları üzrə yeni aksiya keçirir
# 12 aprel 2013 09:31 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin «ALBALI» kartlarının sahibləri aprelin 12-14-də «İdeal» parfümeriya dükanları şəbəkəsindən hər 50 manatlıq alış-veriş edərkən 10 manatlıq hədiyyə kuponu qazanacaqlar. Bankdan «APA-Economics»ə verilən məlumata görə, 100 manatlıq alış-veriş edən kart sahibinə 20 manatlıq, 150 manatlıq məhsul almaq isə 30 manatlıq hədiyyə kuponu qazandıracaq.

Aksiyanın davam etdiyi 3 gün ərzində 50 manatdan yuxarı edilən hər alış-veriş üçün «Unibank»dan əlavə 2 aylıq taksit imkanı verilir. Əgər «ALBALI» kartla alınan məhsulun qiyməti mövcud şərtlərlə 6 aya ödənilirsə, bu aksiya çərçivəsində kart sahibləri ödənişi 8 ay müddətinə apara biləcəklər.

«ALBALI» kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında ən çox tələbat duyulan kart məhsuluna çevrilib. «ALBALI» kartı tamamilə pulsuzdur. Bu kart paytaxtdakı 500-dən artıq partnyor mağazada məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. «ALBALI» kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir. Ödənişi «Unibank»ın istənilən filialındakı «cash-in» terminallarının köməyi ilə aparmaq mümkündür. Müştərilər «ALBALI» kartı bankın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, illik faiz dərəcəsi 0% olan kreditlə, tamamilə pulsuz olaraq ala bilərlər.

Üç il müddətinə 3 min manatadək kredit cəlb etməyə imkan verən «ALBALI» kartı, bankomat vasitəsilə 200 manatadək nağd pul almağı da mümkün edir. Kartı əldə etmək üçün on-line sifariş anketini (www.albali.az/sifarish-et) doldurmaq yetər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR