“Azerspace-2” telekommunikasiya peykinə xərclənəcək vəsaitin həcmi açıqlanıb

“Azerspace-2” telekommunikasiya peykinə xərclənəcək vəsaitin həcmi açıqlanıb
# 24 oktyabr 2015 08:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Azerspace-2” telekommunikasiya peykinə xərclənəcək vəsaitin həcmi açıqlanıb.

APA-Economics” Azərbaycan Satınalmalar üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, “Azərkosmos” ASC “Azərbaycanın ikinci telekommunikasiya peyki olan “Azerspace-2” peykinin və əlaqədar yerüstü avadanlıqların satın alınması üçün 191 360 000 ABŞ dolları xərcləyəcək.

Xatırladaq ki, qərargahı Kaliforniyanın Palo Alto şəhərində yerləşən və Kanadanın MDA korporasiyasına məxsus kommersiya peyklərinin aparıcı təchizatçısı olan “Space Systems/Loral” (SSL) şirkəti “Azərkosmos” ASC tərəfindən Azərbaycanın sayca üçüncü, təyinatına görə isə ikinci telekommunikasiya peykinin istehsalçısı seçilib. Uzunmüddətli razılaşmaya əsasən, 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək “Azerspace-2” Afrika, Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR