Bakı. Hafiz Heydərov – APA. Gədəbəy sakini bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə noyabrın 11-də Gədəbəy rayonunun İnəkboğan kəndində baş verib.
Kənd sakini Əvəz Hüseynov evində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.