İsmayıl Ağayev seçicilər ilə görüşlərini davam etdirir - FOTOSESSİYA

İsmayıl Ağayev seçicilər ilə görüşlərini davam etdirir - <span style="color: red;">FOTOSESSİYA
# 27 oktyabr 2015 10:04 (UTC +04:00)

Bakı-APA. Milli Məclisə keçirilən seçkilərdə 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd İsmayıl Ağayev Neftçalanın Surra kəndinin Ferma adlanan ərazisində seçiciləri ilə növbəti görüşünü keçirib.

Namizədin Seçki Qərargahından APA-ya bildirilib ki, İsmayıl Ağayev ilk öncə seçicilərə platforması haqqında məlumat verib. Daha sonra kənd sakinləri ilə səmimi söhbət edib.

Kənd sakinləri bildiriblər:"Noyabrın 1-də rayonumuzun müqəddəratı həll olunacaq. Ona görə də biz vətən uğrunda vuruşan, xalqı düşünən birinə səs verməliyik. Qazımız yox, tibb məntəqəmiz yox, məktəblərimiz təmirsiz, iş yerləri yox, yollarımız bərbad haldadır. 10 ildir, secib etimad etdiyimiz deputat bizi doğrultmadı. Ona görə də biz hamılıqla İsmayıl Ağayevə səs verəcəyik".

Daha sonra İsmayıl Ağayev şəhid ailəsinə baş çəkib, şəhidin anasının yas mərasimində iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR