Azərbaycan Dövlət Kukla Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb

Azərbaycan Dövlət Kukla Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb
# 14 noyabr 2014 12:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Sehrli üzük” nağılının motivləri əsasında rejissor Anar Məmmədovun səhnələşdirdiyi eyniadlı tamaşa ilin sonlarında təhvil veriləcək.

Tamaşanın rəssamı İqbal Əliyev, bəstəkarı Rəşid Şəfəqdir.

Səhnə əsərində rolları İqbal Əliyev, Cəmilə Allahverdiyeva, Elnur Xəlilov, Elmira Rəhimova və Cavid Telman oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR