Siyəzəndə narkotik plantasiyası aşkar edilib - FOTO

Siyəzəndə narkotik plantasiyası aşkar edilib - <span style="color: red;">FOTO
# 09 iyul 2014 11:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Siyəzəndə narkotik plantasiyası aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Samur-Abşeron su kanalının rayon ərazisindən keçən hissəsində çətənə kollarının əkilib becərilməsi barədə polisə əməliyyat məlumatı daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi sahəsi 156 kvadrat metr olan ərazidə narkotik maddələrin əkilib becərildiyi müəyyən olunub. Çəkisi 106 kiloqram olan 950 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Narkotik maddələri əkib becərən 2 nəfər - Siyəzən rayon sakinləri, 37 yaşlı Həsənağa Bünyadov və 47 yaşlı Ələddin Ələkbərov tutulublar. Saxlanılan şəxslər ilkin ifadələrində bildiriblər ki, çətənə kollarının bir neçə ay əvvəl əkərək xüsusi aqrotexniki qaydalara uyğun becəriblər. Onlar çətənə kollarını yaxın günlərdə yığaraq qurudub satmaq istəsələr də, buna nail ola bilməyiblər. Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR