Azərbaycan Milli Məclisi Xocalı soyqırımına həsr olunmuş xüsusi iclas keçirməyəcək

Azərbaycan Milli Məclisi Xocalı soyqırımına həsr olunmuş xüsusi iclas keçirməyəcək
# 25 fevral 2013 14:30 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Ötən il soyqırımın 20 illiyi ilə bağlı Milli Məclisin dünya ictimaiyyətinə müraciət ünvanlandığını xatırladan A. Təvəküloğlu bu il növbəti müraciətin gözlənilmədiyini deyib. O, hər il olduğu kimi xüsusi iclasın bu il keçirilməyəcəyinin səbəbini də açıqlayıb: “Elə soyqırımı hadisələrinin ildönümü səbəbilə deputatların tam əksəriyyəti xarici ölkələrdə xüsusi ezamiyyətdədirlər. Onlar getdikləri ölkələrdə müxtəlif geniş səpkili tədbirlər ilə soyqırımının tanıtımı ilə məşğuldurlar. İldən ilə bu kimi tədbirlərin sayı çoxaldığı üçün bu il demək olar deputatların böyük əksəriyyəti xaricdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR