Abşeron rayon sakini sirkə turşusundan zəhərlənərək ölüb

Abşeron rayon sakini sirkə turşusundan zəhərlənərək ölüb
# 03 may 2013 10:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda zəhərlənmə halları baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 2-də Abşeron rayonu Qobu qəsəbə sakini Aygül Hüseynova evindən dərmandan zəhərlənmə ilə, Xırdalan şəhər sakinləri Rais Mikayılov, Məleykə Mikayılova, Leyla Mikayılova və onun bacısı Şəhla dəm qazından, Sumqayıt şəhər sakini Esmira Səfərova evindən zəhərlənmə ilə, Sumqayıt şəhər sakini Nurlan Cəfərov evindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Aprelin 30-da sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilən Abşeron rayon sakini Kamil Hüseynov orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR