Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 29 Oktyabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 29 Oktyabr - <span style="color: red;">VİDEO
# 29 oktyabr 2014 17:07 (UTC +04:00)

Bakı-APA. Siyasət bəzən deyiləcək sözü deməmək, bəzən isə başqa formada deməkdir. Öz sözünü başqasının dili ilə dedirtmək kimi üsul da var siyasətdə. Məsələn, bir siyasətçiyə “qatıq ağdırmı” deyə sual versən, maraqlarına uyğun olaraq “qatığın ağlının məsələyə dəxli yoxdur”, “bəzən qatıq turşuyanda üzərində sarı təbəqə əmələ gəlir” kimi dolayı cavab verər, amma “qatıq qaradır” deməz. ABŞ Dövlət Departamenti isə dedi. Departament rəsmisinin “Kəlbəcər girovları” ilə bağlı suala “xəbərimiz yoxdur” cavabı verilməsi “qatıq qaradır” anlamına gəlir. Dünyanın hər yerindən xəbər tutan, yaxud xəbər tutmaq üçün ən müasir texnoloji vasitələrə sahib olması ilə öyünən Dövlət Departamentinin “Kəlbəcər girovları”ndan xəbər tutmaması inandırıcı deyil, hətta gülüncdür. Gülünc olmayan başqa bir şeydir - bu ölkə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına məsul Minsk Qrupuna həmsədrlik edir... Təəssüf, təəssüf, bir daha təəssüf...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR