İrandan Qazaxa avadanlıq gətirən yük maşını qəza törədib

İrandan Qazaxa avadanlıq gətirən yük maşını qəza törədib
# 24 aprel 2013 15:42 (UTC +04:00)

Qazax. Azər Məmmədli - APA. Bakı-Gürcüstan magistral avtomobil yolunun 461-ci kilometrliyində yol-nəqliyyat qəzası baş verib. Qazax rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, iri tonnajlı, İran vətəndaşının idarə etdiyi “Volvo” markalı yük maşını dəmiryolu körpüsünün altından keçərkən ona toxunaraq yükünü aşırıb. Hadisə nəticəsində yük maşınındakı ağır tonlu zavod avadanlıqları yola tökülüb. Qəza zamanı xəsarət alanlar olmasa da, körpü və yol kənarındakı divar zədələnib.

Sürücü Firuhər Meyani maşınının ümumi hündürlüyünü nəzərə almadığından bu cür qəza törətdiyini bildirib. Avtomobilin yük hissəsi demək olar ki, tamamilə yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, avtomobil Qazax Sement Zavodu üçün avadanlıqlar gətirirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR