İstanbul Azərbaycan Kültür Evinin başqanı Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib - FOTO

İstanbul Azərbaycan Kültür Evinin başqanı Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib - <span style="color: red;">FOTO
# 08 iyul 2014 09:15 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. İstanbul Azərbaycan Kültür Evinin başqanı, şair Hikmet Elp AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib. Muzeydən APA-ya verilən məlumata görə, muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı qonağa muzeyin ekspozisiyası və yeni nəşrləri barədə məlumat verilib.

Muzeydən bildiriblər ki, Hikmət Elp Hüseyn Cavid irsinin Türkiyədə təbliği sahəsində görülən işlərin fəal iştirakçılarından biridir. G.Babaxanlı qonağa muzeyin nəşrlərindən 5 cilddə “Hüseyn Cavidin əsərləri”, 10 cilddə “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” və “Cavid hikməti – seçmə aforizmlər” kitablarını hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR