MTRŞ sədrinin müavini: “Bir neçə radioda ədəbi dildən istifadə ilə bağlı monitorinqlərə başlanıb”

MTRŞ sədrinin müavini: “Bir neçə radioda ədəbi dildən istifadə ilə bağlı monitorinqlərə başlanıb”
# 01 aprel 2015 10:31 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Milli Teleradio Şurası artıq bir neçə radioda ədəbi dildən istifadə zamanı qanunvericiliyin tələblərinin gözlənilməsi ilə bağlı tələbləri əsas götürərək monitorinqlərə başlayıb”.

Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev deyib.

O bildirib ki, bu istiqamətdə mütəmadi olaraq işlər aparılır: “Qeyd etməliyəm ki, televiziyalar və radioların hamısının monitorinqini nəzarətdə saxlaya bilmirik. Burda problem var. Şuranın əməkdaşları fiziki cəhətdən bu işi çatdıra bilmirlər. Eyni zamanda kanalları, radioları nəzarətdə saxlamaq, onların təhlilini aparmaq sahəsində müəyyən problemlər yaranır. Amma bütün bunlara baxmayaraq, bu istiqamətdə işlər gedir”.

Q.Cəbiyev AMEA Nəsimi adına Dilçilik İnstitutunun televiziyalarla bağlı monitorinqlər aparmasını müsbət addım kimi dəyərləndirib: “Dilçi-mütəxəssislərin dildən istifadəni nəzarətdə saxlaması, bu işlə məşğul olması, tövsiyələr verməsi daha faydalıdır. Təbii ki, nöqsanlar var. Sadəcə, nöqsanları vaxtında görmək və onların üzərində işləmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR