Azərbaycanın görkəmli elm xadimi Əziz Şərifə həsr olunan poçt markası nəşr olunub

Azərbaycanın görkəmli elm xadimi Əziz Şərifə həsr olunan poçt markası nəşr olunub
# 03 aprel 2015 08:34 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” şirkəti daha bir poçt markası çap etdirib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu poçt markası Azərbaycanın görkəmli pedaqoqu və elm xadimi Əziz Şərifə həsr edilib.

Poçt markasının üzərində Ə. Şərifin şəkli təsvir olunub. Markanın nominal dəyəri 0,50 manata bərabərdir.

Qeyd edək ki, Ə. Şərif çox sayda məqalələrin, elmi əsərlərin, tənqidi-bioqrafik oçerk və monoqrafiyaların müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR