Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 14 noyabr 2014 13:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bu gün Bakının Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən 04:00-dək Heydər Əliyev prospekti - Əsas yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - kənar yollardan istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR