Bank Of Baku

Metropolitenin Elektrik deposunun ərazisində qumbara tapılıb

Metropolitenin Elektrik deposunun ərazisində qumbara tapılıb
# 20 aprel 2018 15:36 (UTC +04:00)

Bu gün saat 12:39-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 12:54-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhərinin Nərimanov rayonu ərazisində əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

 

ANAMA-dan APA-ya verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri ərazidə "Bakı Metropoliteni″ QSC-nin N. Nərimanov adına Elektrik deposunun ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR