“Unibank” bahar kampaniyasının müddətini uzadıb

“Unibank” bahar kampaniyasının müddətini uzadıb
# 04 aprel 2013 08:00 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan “Unibank” ASC əhalinin böyük tələbatının olması səbəbindən “Bahar Kampaniyası”nın müddətini uzadıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, artıq aprelin 30-dək “Unibank”dan nağd kredit alan hər bir müştəriyə “Visa Alkart” kredit kartı hədiyyə olunacaq.

Bayram hədiyyəsi olan 500 manat limitli bu kart pulsuz verilir və heç bir komisyon haqq ödənilmədən rəsmiləşdirilir. Kartdakı kredit vəsaitindən 35 gün müddətində faiz ödəmədən istifadə etmək mümkündür.

Bankdan həmçinin bildirilib ki, “Unibank”ın mayın 15-dək davam edən “Yaşlı olmaq sərfəlidir” aksiyası çərçivəsində yaşlı insanlara daha güzəştli şərtlərlə - 3,5% endirimlə kredit verilir. Aksiyanın şərtlərindən 50 yaşdan 70 yaşadək, gəliri olan hər bir Azərbaycan vətəndaşı iş yerindən arayış və ya təqaüd haqqında arayış təqdim etmədən 5 min manatadək nağd kreditdən faydalana bilər. Bu aksiyadan digər banklara borcu olan və ya indiyədək adına kredit olmayan vətəndaşlar da faydalana bilər.

“Unibank”da arayışsız kreditlərin verilməsi ilə bağlı kampaniya da davam edir. Bu kampaniya çərçivəsində iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə, bankın bütün paytaxt və rayon filiallarından 5 min manatadək kredit ala bilər. “Unibank”ın nağd kreditlərində minimal əmək haqqına və paytaxt qeydiyyatına tələb yoxdur. Bildirilir ki, 6 ay müddətinə rəsmiləşdirilən kreditlərə 6% endirim edilir.

Qeyd edək ki, “Unibank” nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddini də 65-dən 70-ə qaldırıb. Artıq 20 yaşdan yuxarı və kreditin bitmə müddətinə 70 yaşı tamam olan hər bir ölkə vətəndaşı bankın kreditindən faydalana biləcək. Müştərilərinə bütün həftəni xidmət etmək üçün “Unibank”ın filialları şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.

Əlavə olaraq müştərilərin rahatlığını təmin etmək məqsədilə “Unidirect” xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR