Azərbaycan Gömrük Komitəsi Ümumdünya Gömrük Təşkilatının komissiyasına üzv seçilib

Azərbaycan Gömrük Komitəsi Ümumdünya Gömrük Təşkilatının komissiyasına üzv seçilib
# 16 iyul 2016 16:28 (UTC +04:00)

Bakı-APA. Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 127/128-ci sessiyası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi də iştirak edib.

Komitədən APA-ya verilən məlumata görə, iyulun 16-da bir sıra ikitərəfli sazişlərin imzalanması ilə davam edən sessiyada daha sonra seçkilər keçirilib. İlk olaraq ÜGT Siyasi Komissiyasına, Maliyyə və Audit komitələrinə namizədlər təsdiqlənib.

Azərbaycan Respublikasının Gömrük Xidməti Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasına üzv seçilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Gömrük Xidməti ilk dəfə 2000-ci ildə Ümumdünya Gömrük Təşkilatının bu ali qurumuna üzv seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR