İstanbulda partlayış baş verib

İstanbulda partlayış baş verib
# 05 iyul 2016 01:22 (UTC +04:00)

Bakı-APA. İstanbulda partlayış baş verib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, naməlum şəxslər şəhərdəki hərbi hissənin ərazisinə əldəqayırma bomba atıblar.

İnsident nəticəsində zərərçəkən olmasa da, hərbi hissənin binasına zərər dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda cinayətkarların tutulması istiqamətində geniş miqyaslı əməliyyat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR