Beynəlxalq Ədalət Məhkəməsi Nikaraquanın Almaniyaya qarşı iddiasını təmin etməyib

Beynəlxalq Ədalət Məhkəməsi Nikaraquanın Almaniyaya qarşı iddiasını təmin etməyib
# 30 aprel 2024 17:56 (UTC +04:00)

Beynəlxalq Ədalət Məhkəməsi Nikaraquanın Almaniyaya qarşı iddiasını təmin etməyib.

APA xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin qərarını təqdir edib.

“Heç kim qanundan üstün deyil. Bizim hərəkətlərimizi istiqamətləndirən də budur. Biz Beynəlxalq Ədalət Məhkəməsinin bugünkü qərarını alqışlayırıq. Almaniya Yaxın Şərqdəki münaqişənin tərəfi deyil, əksinə, biz münaqişənin sona çatması üçün gecə-gündüz çalışırıq. Biz fələstinlilərə humanitar yardımın ən böyük donoruyuq. Yardımın Qəzzada olan insanlara çatmasını təmin etmək üçün çalışırıq. Amma biz onu da görürük ki, 7 oktyabr terroru İsrailin özünü müdafiə etməli olduğu bir vəziyyət yaradıb. Qəzzada insanlardan canlı qalxan kimi istifadə edən HAMAS-ın əlində hələ də 100-dən çox girov var”, - Almaniya XİN-dən bildirilib.

Qeyd edək ki, Nikaraqua Almaniyanı Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) “soyqırıma kömək etməkdə” ittiham edir. Nikaraquanın nöqteyi-nəzərindən Almaniyanın İsrailə silah tədarükü Qəzza zolağında “soyqırımı” törədilməsinə şərait yaradır. Buna görə də Mərkəzi Amerika ölkəsi Beynəlxalq Ədalət Məhkəməsinə təcili ərizə təqdim edib və Almaniyanın İsrailə silah tədarükünü dayandırması ilə bağlı sürətləndirilmiş prosedurda hakimlərdən əmr tələb etmişdi. Beynəlxalq Ədalət Məhkəməsi bugünkü qərarla bu tələbi rədd edib. Bununla belə, hakimlər Qəzza zolağındakı şəraitdən dərin narahatlıq ifadə ediblər.

Məhkəmə eyni zamanda, Almaniyanın prosesə xitam verilməsi barədə vəsatətini təmin etməyib və buna görə də iş davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR